Türkiyə Super Liqasında “Beşiktaş”-“Fənərbaxça” derbisi baş tutub. Hər iki komanda bu oyuna qədər ilk 3-lükdə qərarlaşmışdılar. Ağ-qara qartal (Beşiktaş) 63-xalla turnir cədvəlinin lideriydi, rəqibindən 6-xal geri qalan “Fenerbahçe” isə 3-cü pillədə idi.
Derbinin maraqlı keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq. Hər iki komanda çempionluq uğrunda mubarizə aparır. Turnir cədvəli baxımından “Fənərbaxça”ya daha çox qələbə lazımdır. Ancaq “Beşiktaş”da derbidə 3 xalı aktivinə yazmaq niyyətində idi. Oyuna gəlincə tərəflər sülhə razı oldular, baxmayaraq ki, hər iki komandanın qələbə qazanmağ şans var idi.
Oyunda yüksək performans göstərən “Fənərbaxça”nın gənc qapıçısı Altay Bayındır komandasının məğlub olmamasında əsas pay sahibi olub. İlk hissədə hər iki komandanın hesabı açmaq uçun şansları olsa da hər iki komandanın əlcək sahibi inamlı oyun göstərməklə hesabın açılmamasında önəmli rol oynayıb. Hesab isə 2-ci hissənin əvvəlində “Beşiktaş” açıb, Vida hədəfi dəqiq nişan alıb. Görüşün 89-cu dəqiqəsində isə Ozan Tufan baxımlı qol vuraraq son nöqtəni qoyub.
Beləliklə sona 11 tur qalmış əzəli rəqiblərlə 1-oyun az keçırmiş və 3-xal irəlidə olan “Beşiktaş” bu sezon Super Liqanı qazanmağına əsas namizəd kimi ehtimal etmək olar. Ancaq sempionatda intriqanın sona qədər qorunub saxlanılacağı istisna olunmur.
Çempionluğa daha bir namizəd “Qalatasaray” isə bu tur öz doğma divarları arasında “Rizespor”a gözlənilmədən məğlub 3-4 hesabıyla məğlub olub. Həmin görüş də gərgıinliyi ilə yadda qalıb. “Rizespor” Super Liqde qalmaq uğrunda mubarizə aparır, diğər tərəfdən isə “Qalatasaray”a çempionluğ uğrunda mubarizədə 3xal vacib idi. Beləliklə Türk Telekom Arenadan 3xal aparan “Rize” xal fərqini 34-ə çatdıraraq 13-cü pilləyə yüksəlib, komanda çətin vəziyyətdən az da olsa uzaqlaşıb. ”Qalatasaray” isə öz növbəsində “Beşiktaş” və “Fənərbaxça” komandalarının hər ikisinin xal itkisindən yararlana bilməyib. Sona 2 tur qalmış Türk Telekom Arenada “Qalatasaray”-“Beşiktaş” derbisini izləyəcəyik. Çempionluğu müəyyən edə biləcək görüş kimi bu derbi də Super Liq tarixinə keçə bilər, əlbəttə ki, çempionluq uğrunda intriqa sona kimi qorunub saxlanarsa.
Nizami Quliyev/İdman şərhçisi