Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək

Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Birlik-Milli Hərəkat” müxalifət koalisiyasının lideri Tina Bokuçava bildirib. Onun sözlərinə görə, qətnamədə Gürcüstanda təkrar parlament seçkilərinin keçirilməsinin vacibliyinin vurğulanacaq. Bokuçava qətnamədə, həmçinin Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması çağırışının yer alacağını qeyd edib.