Heç evlənməmiş kişiyə boşanma davası açdılar: Həyatının şokunu yaşadı

İzmirdə qeyri-adi maraqlı hadisə yaşanıb. Bayraklıda yaşayan 32 yaşlı Aytuğ Arduç boşanma xəbəri alanda həyatının şokunu yaşayıb. 
Sherg.az xəbər verir ki, ömründə heç vaxt evli olmayan Arduç aldığı bildiriş səbəbindən sevgilisi ilə də mübahisə edib.

Daha əvvəl heç evli olmayan Arduç, Adıyaman Gölbaşı 2-ci Mülki Məhkəmə tərəfindən adına göndərilən boşanma bildirişini görəndə təəccüblənib.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrənib. Lakin baş verənləri sevgilisinə  anlatmağa çalışarkən mübahisə yaranıb.

Arduç, "Sevgilim var, bunu ona necə izah edəcəyimi də düşündüm. Əvvəlcə mənə əsəbiləşdi, hətta mübahisə etdik. "Mənə boşanma müraciəti gəldi, həm də mübahisəli" dedim. Sonra işin içində bir yanlışlıq olduğuna o da inandı" deyə bildirib.


Günlərdir yaşadığı sürprizdən sovuşa bilmədiyini deyən Arduç əlavə edib: "İndi kiminlə boşanacağımı da bilmirəm. Mən həyatımda heç vaxt evlənməmiş biriyəm. Bunu görəndə vəkilimdən də soruşdum.  "Yazışmaları hazırlayan məmur səhv etmiş ola bilər" dedi. Həyatımda heç vaxt ailə qurmamışam. İlk dəfədir ki, belə bir şey eşidirəm və görürəm, çox təəccüblənirəm" .