Əfsanə futbolçu taleyin umuduna buraxılıb
Ötən ilin noyabrında vəfat etmiş əfsanəvi futbolçu, dünya futbolunun ulduzu Diyeqo Armando Maradonanın ölümü ilə bağlı aparılan ekspertizanın rəyi açıqlanıb.
Sherg.az “CNNTürk”ə istinadən xəbər verir ki, San-İsidro prokurorluğu ulduz futbolçunun ölümündə səhlənkarlıq olub-olmadığının araşdırılması məqsədilə 20 mütəxəssisin yer aldığı Sağlıq Qrupu formalaşdırmış, ekspertiza aparılmasına qərar vermişdi. Ekspertiza tibbi müdaxilənin yetərsiz olduğunu, həkimlərin xəstənin həyatını xilas etmək üçün lazımi dərəcədə səy göstəmədiyini ortaya qoyub. Rəydə “Səhiyyə işçilərinin çalışmaları yetərsiz, əksik və məsuliyyətsizdi. Maradonanın həyatı taleyin umuduna buraxılıb”, yazılıb. Ekspertiza təyin edib ki, Maradona son günlərini uyğun şərtlər altında xəstəxanada keçirsəydi, daha uzun müddət həyata qala bilərdi. Sağlıq Qrupu Maradonanın ölümündən 12 saat əvvəl ağrı çəkməyə başladığını, lazımi səviyyədə yoxlanmadığını və həyatı üçün təhlükə daşıyan əlamətlərin gözardı edildiyini qənaətinə gəlib.
Qeyd edilir ki, Maradona 2020-ci il noyabrın 3-də beyin əməliyyatı keçirmək üçün xəsətxanaya aparılıb, bundan sonra da vəziyyəti ağırlaşmağa başlayıb.