Luçesku da çox hiddətlənib

“Ümid edirəm ki, bu beyinsizlər müharibəni dayandıracaq”

   Rusiyanın Ukraynaya hərbi təcavüzünü dünya futbol tarixinə adını yazdırmış məşhur məşqçi Mirça Luçesku da pisləyib. Türkiyənin NTV (Spor) kanalının məlumatına görə, hazırda Ukraynada yaşayan Luçesku təpkisini “ümid edirəm ki, bu beyinsizlər müharibəni dayandıracaq”, sözləri ilə ifadə edib. Hazırda “Dinamo” (Kiyev) futbol komandasının baş məşqçisi olan Mirça Luçesku “Qorxaq deyiləm. Və Kiyevi tərk etməyəcəyəm. Belə bir savaşın başlana biləcəyini əsla düşünməmişdim”, söyləyib. Xəbərdə bildirilir ki, Ukraynada fevralın 25-də əsas liqanın oyunları başlamalıydı. Lakin Ukrayna Futbol Federasiyası hərbi təcavüzlə əlaqədar bütün oyunları 30 gün müddətinə təxirə salıb.