Könül Nurullayeva: "Biz ən böyük yarışın qalibi olmuşuq"

"Bu adi turnir olsa da, biz artıq böyük bir zəfərə imza atmış, ən böyük yarışın qalibi olmuşuq".

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda B qrupunun "Suqovuşan" - "Şuşa" oyunundan öncə deyib.

O, belə bir yarışın təşkilinin çox gözəl təşəbbüs olduğunu söyləyib: "Turnirin təşkilatçılarına, İdman Araşdırmalar Mərkəzinə, "Report" İnformasiya Agentliyinə, sponsorlara təşəkkürümü bildirirəm. Bunun mənəvi tərəfi də var. Torpaqlarımızı işğaldan azad etmişik. Bu gün başqa ruhda olan Azərbaycanın vətəndaşlayırıq. Siz oynayacaqsınız, biz zövq alacağıq".

K.Nurullayeva bildirib ki, burada udub-uduzmağın heç bir əhəmiyyəti yoxdur: "İşğaldan azad olunmuş rayon və şəhərlərimizin adları səslənəcək. Hamımızın ürəyi uzun illərdir bu arzu ilə döyünürdü. Bu gün də qələbəmizin xoş bir nəticəsini yaşayırıq".

Qeyd edək ki, sözügedən qarşılaşmada "Şuşa" "Suqovuşan"a 1:9 hesabı ilə uduzub.