"Barselona" "Real Madrid"i təbrik edib


İspaniya "Barselona"sı "Real Madrid"i Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, sosial şəbəkə vasitəsilə ünvanlanan təbrikdə deyilir:

"Real Madrid"i "Stad de Frans"da qazandığı Çempionlar Liqası titulu münasibətilə təbrik edirik".

Qeyd edək ki, "Real Madrid" finalda İngiltərə "Liverpul"una qalib gəlib - 1:0.