DÇ-2022: Argentina millisi Meksikanı məğlub edib - VİDEO

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Argentina və Meksika komandaları arasında keçirilən qarşılaşmada Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Oyunda qolları 64-cü dəqiqədə L.Messi və 87-ci dəqiqədə E.Fernandes vurublar.

Qeyd edək ki, bu oyundan sonra C qrupunda vəziyyət belədir:

1. Polşa - 4 xal

2. Argentina - 3 xal

3. Səudiyyə Ərəbistanı - 3 xal

4. Meksika - 1 xal&n  bsp;