AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.
Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvanda keçirilən görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matç Türkiyə yığması üçün yaxşı başlamayıb. Ozan Kabak 10-cu dəqiqədə avtoqolla yığmanın hesabda geri düşməsinə səbəb olub.
Lakin Türkiyə millisi fasiləyə qədər hesabda tarazlığı bərpa etməyi bacarıb. Orkun Kökçü 35-ci dəqiqədə gözəl qolla hesabı bərabərləşdirib.
64-cü dəqiqədə isə Keram Aktürkoğlu Türkiyə millisinə qələbə qazandıran qolu vurub.