“Çelsi”nin yeni baş məşqçisi bəlli oldu

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.
İngiltərə klubunun rəsmi saytının yaydığı məlumata görə, “zadəganlar” Mauritsio Poçettinoya tapşırılıb.
Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubunun sükanı arxasında olub.