Fransanın PSJ futbol klubunun hücumçusu Lionel Messi yaxın günlərdə gələcək karyerası ilə bağlı qərar verəcək.
Bu barədə "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir.
Qeyd edilir ki, Messi hələ "Barselona"dan təklif almayıb. Argentinalı daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan təklif almışdı.
Futbolçu cari mövsümdə Fransa çempionatında ümumilikdə 31 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib. O, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər etdiyi üçün komandadan uzaqlaşdırılıb.
Messi 2021-ci ilin avqustunda “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Mətbuat dünya çempionunun MLS klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı xəbərlər yayıb. Həmçinin uzun müddətdir ki, Lionel Messinin “Barselona”ya qayıdışı ilə bağlı məlumatlar yayılıb.