Roberto Mançini İtaliya millisindən istefa verib

İtaliyalı baş məşqçi Roberto Mançini futbol üzrə İtaliya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir müddət Türkiyədə “Qalatasaray”ı da çalışdıran italyan məşqçi Roberto Mançini İtaliya Milli Futbol Komandasındakı vəzifəsi ilə vidalaşıb. Mançininin istefası İtaliya Futbol Federasiyasının rəsmi hesabında açıqlanıb.

2018-ci ildə karyerasına başlayan 58 yaşlı məşqçi 2020-ci il futbol üzrə Avropa çempionatında çempion olmaq sevincini yaşayıb. Mançini İtaliya ilə 61 oyunda orta hesabla 2,13 xal toplayıb.

İtaliya Futbol Federasiyası yeni məşqçinin yaxın günlərdə açıqlanacağını bildirib.