Azərbaycanın iki qadın güləşçisi Belarusda keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.
“Report”un məlumatına görə, Soliqorskda baş tutan görüşlərdə Yasəmən Məcidli (50 kq) və Birgül Soltanova (65 kq) öz çəki dərəcələrində üçüncü yeri tutublar.
Bununla da II MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.