Ən çox maaş alan 10 FUTBOLÇU: 8-i ərəb klublarındadır - SİYAHI

Dünyanın ən çox maaş alan futbolçularının reytinqini Fransanın “Le Parisien” nəşri hazırlayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, siyahıda Səudiyyə Ərəbistanında oynayan oyunçular nəzərəçarpacaq dərəcədə çox olublar. Ən çox maaş alan 10 futbolçu arasında yalnız ikisi bu ölkədə oynamır: PSJ-nin hücumçusu Kilian Mbappe və “İnter Mayami”nin hücumçusu Lionel Messi.

Bu yolda lider olanlar “Real Madrid”də keçmiş komanda yoldaşları, hazırda “Əl-Nəsr”i təmsil edən Kriştiano Ronaldo və “Əl-İttihad”da çıxış edən Kərim Benzemadır. Onların Səudiyyə Ərəbistanındakı çıxışlarına görə illik qazancı 200 milyon avrodur.

Dünyanın ən çox qazanan futbolçuları onluğu aşağıdakılardır:

1. Kriştiano Ronaldo "Əl-Nəsr" - ildə 200 milyon avro;
2. Kərim Benzema "Əl-İttihad" - illik 200 milyon avro;
3. Neymar "Əl-Hilal" - illik 100 milyon avro;
4. Nqolo Kante "Əl-İttihad" - ildə 100 milyon avro;
5. Kilian Mbappe PSJ - illik 70 milyon avro;
6. Lionel Messi "İnter Mayami" - ildə 45 milyon avro;
7. Sadio Mane "Əl-Nəsr" - illik 40 milyon avro;
8. Jordan Henderson "Əl-İttifaq" - ildə 40 milyon avro;
9. Riyad Mahrez "Əl-Əhli" - illik 35 milyon avro;
10. Kalidou Koulibali "Əl-Hilal" - ildə 30 milyon avro.