UEFA-nın 2022/2023 mövsümünün sonunda verdiyi ilin ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumunun saytı məlumat yayıb.
Ən çox səs toplayan 3 namizəd bunlardır: Lionel Messi (hücumçu, PSJ, hazırda "İnter Mayami"də oynayır), Erlinq Haaland (hücumçu, "Mançester Siti") və Kevin de Bruyne (yarımmüdafiəçi, "Mançester Siti").
Ən yaxşı baş məşqçi adına namizədlər isə "Mançester Siti"dən Xosep Qvardiola, İtaliya "İnter"indən Simone İnzagi və "Napoli"dən ayrılan Luçano Spallettidir.
Final üçlüyü ötən mövsüm avrokuboklarda çıxış etmiş klubların məşqçiləri, UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri, eləcə də seçilmiş jurnalistlərdən ibarət qrup tərəfindən seçilib.
Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.