İtaliya millisində yeni baş məşqçi - Rəsmi

İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Bakupost.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanı Luçano Spaletti çalışdıracaq.
O, bu vəzifədə Roberto Mançinini əvəzləyib.
Qeyd edək ki, 64 yaşlı məşqçi daha əvvəl “Udineze”, “Empoli”, “Sampdoriya”, “Roma”, “Zenit”, “İnter” kimi klublarda işləyib. O, ötən mövsüm “Napoli”ni 23 illik fasilədən sonra İtaliya çempionu edib.