Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası milli futbolçu Merih Dəmiralı heyətinə qatdığını açıqlayıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dəmiralın qiyməti də məlum olub.
Səudiyyə Ərəbistanının "Əl Əhli" komandası Demiral ilə 3 illik müqavilə imzalayıb. Klub "Atalanta"ya 20 milyon avro ödəyəcək.Merih bonuslarla 3 ildə 36 milyon avro qazanacaq.
Milli futbolçu sabah tibbi yoxlanışdan keçmək üçün Parisə gedəcək.