Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi bəlli olub.
“Report”un məlumatına görə, final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.
Qeyd edək ki, mundialın bürünc medalını İsveç yığması qazanıb.