Argentinalı hücumçu Lionel Messi qarşıdan gələn MLS-də “İnter Mayami” ilə oyununu buraxacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, “İnter Mayami” sentyabrın 17-də “Atlanta” ilə səfərdə görüşəcək.
Məlumata görə, 36 yaşlı futbolçu Argentina millisində omba nahiyəsindən aldığı zədə səbəbindən bu oyunu buraxacaq.