Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə “AHF Arena”da “İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, Rusiya Federasiyasının idman ustası, üçqat dünya çempionu, Olimpiya oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar Kubokunun qalibi Emiliya Tureyin apardığı dərslərdə Bakıda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər.
Təcrübəli mütəxəssis populyar idman növlərindən sayılan həndbolun sadə sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını bölüşüb.
Qeyd edək ki, “İdman interaktivi. Həndbol” layihəsi hərəkət fəallığını yüksəltməklə yanaşı, gündəlik stressi azaltmaq və fəal həyat tərzinin təbliği ilə özünü yenilikçi təcrübə kimi təsdiqləyib.