Hazırda Səudiyyə Ərəbistanı liqasında "Əl-Hilal"da çıxış edən məşhur braziliyalı futbolçu Neymar ikinci dəfə ata olub. Qız uşağı dünyaya gələn futbolçunun keçmiş sevgilisindən 12 yaşlı oğlu da var.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı ulduz futbolçu və sevgilisi 28 yaşlı Bruna Biancardi qız uşaqlarının olduğunu açıqlayıb.
Cütlük qızları ilə ilk fotolarını İnstaqramda paylaşaraq, "Maviemiz həyatımıza qatıldı. Xoş gəldin, qızımız! Biz səni çox sevirik. Bizim olduğun üçün təşəkkür edirik" mesajını yazıb.
Qeyd edək ki, Neymar və sevgilisi Bruna Biancardi hamiləlik xəbərini aprel ayında açıqlamışdı.
İkili 2022-ci ilin əvvəlindən birlikdədir. Həmin ilin yayında qısa müddət ərzində ayrıldılar və yenidən bir araya gəldilər.