"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi və həyat yoldaşı Vanda Nara yenə gündəmə gəlib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Superliqada sonuncu dəfə "Antalyaspor"a 2:0 hesabı ilə qalib gələn "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi və həyat yoldaşı Vanda Nara üçün Argentinada maraqlı iddia irəli sürülüb.
Argentina mətbuatında çıxan xəbərə görə, Mauro İkardi Vanda Nara ilə L-Gante arasında gizli görüşün olduğunu öyrənincə çılğına dönüb.
İddiaya görə Argentinaya yeni gələn Vanda müğənni L-Qantenin evində qonaq olub.
İkardi bu xəbəri "Antalyaspor" matçından sonra komanda yoldaşları ilə birlikdə təyyarədə öyrənib.
Xəbərin təfərrüatlarında İkardinin İnstaqram paylaşımında bu hadisəyə istinad etdiyi də bildirilib. İkardi aslan şəklini paylaşaraq bu sözləri yazıb: "İt hürəndə aslan heç vaxt geri dönmür".