Arda Turan və Emre Belözoğlu məhkəmədə: "Bütün əmanətlərimizi itirdik"

Aralarında Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera kimi futbol dünyasının məşhur adlarının da olduğu 18 nəfəri aldatdığı iddia edilən bankir Seçil Erzan ilk dəfə hakim qarşısına çıxıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dələduzluq iddiası ilə bağlı proses İstanbul 14-cü Ağır Cəza Məhkəməsində başlayıb. Bankın keçmiş müdiri olan müttəhim “Pul qazananda yaxşı idim, amma pul qazana bilməyəndə fırıldaqçı oldum?” deyib.


Erzan daha əvvəl də evinə basqın edildiyini və silahla hədələndiyini iddia edib.

Müttəhim müdafiəsində Fatih Terimdən 2020-ci ildə 300 min dollar aldığını da bildirib.

Məhkəmədə çıxış edən Arda Turan Seçil Erzanın ona tez-tez zəng etdiyini və pulunu fonda yatırtmağa razı salmağa çalışdığını bildirib. Arda Turan 13 milyon 900 min dollar verdiyini, lakin bütün əmanətlərini itirdiyini bildirib.


 
Emre Belözoğlu və Muslera da onlara vəd olunan pulu ala bilmədiklərini izah edərək, oxşar ittihamlar səsləndiriblər.

İddia çərçivəsində Erzan və 6 şübhəli 29 qurbanı təxminən 44 milyon dollar aldatmaqda günahlandırılır. Ərzanın 66 ildən 216 ilə qədər həbs cəzası istənilib.