Neymardan Messini təhqir edən Rodriqoya dəstək!

Qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitən və izdiham səbəbindən 27 dəqiqə gecikmə ilə başlayan Braziliya-Argentina matçında Rodriqo Lionel Messi ilə sərt mübahisə edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Neymar Lionel Messi ilə mübahisədən sonra sosial mediada irqçi şərhlərə məruz qalan Rodırqonu dəstəkləyib. Braziliyalı ulduz "Real"ın gənc istedadının paylaşımına "Sizin parıldamağınız onları narahat edir. Dayanmayın!" - deyə qeyd edib.