Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.
Referans.az-a Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.