"Trabzonspor" səfərdə rahat qazandı

Trendyol Super Liqasının 15-ci həftəsində "Trabzonspor" səfərdə "Qaziantep FK"nı 3:1 hesabı ilə məğlub edib.

Sherg.az xəbər verir ki, ötən həftə öz meydanında “Kayserispor”a uduzan və 5 həftəlik məğlubiyyətsizlik seriyasına son qoyan “Trabzonspor” Trezege (2) və Bakasetaşın qolları ilə "Qaziantep FK"-nı 3-1 hesabı ilə məğlub edib. "Qaziantep"-in yeganə qolunu Dragus vurub.

"Trabzonspor" bu qələbə ilə Super Liqada xallarını 26-ya yüksəldib və 4-cü pilləyə yüksəlib. "Qaziantep FK" ardıcıl 3-cü məğlubiyyətini alıb və 15 xalla 15-ci pillədə qərarlaşıb.