"Beşiktaş"dan istefa verən baş məşqçi Şenol Günəş Azərbaycandan rəsmi təklif gözlədiyini açıqlayıb. Təcrübəli çalışdırıcı ilə Kosovo millisinin də maraqlandığı iddia edilirdi.
Sherg.az türk meiasına istinadən xəbər verir ki, təcrübəli məşqçi bir müddət əvvəl Vyanada keçmiş tələbəsi Vəli Kavlakla görüşüb və Azərbaycan millisini çalışdırmaqla bağlı rəsmi təklif gözlədiyini bildirib.
“Hürriyət”in xəbərinə görə, Azərbaycandan sonra Kosovo millisinin də Şenol Günəşi milliyə gətirmək istədiyi qeyd edilib.
Yeni iddiaya görə, Kosovo millisinin baş məşqçisi vəzifəsinə namizədlər arasında Şenol Günəş və Roberto Karlos da var.