"Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Qalatasaray"-"Fənərbağça" matçı oynanmalı idi. Amma oyun baş tutmadı".
"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Elçin Alıoğlu sosial şəbəkə hesabında yazıb.
Ekspert bildirib ki, oyunda Türkiyənin dövlət bayrağının dalğalanması, Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı tədbirlər icra ediləcəkdi:
"Habelə, matç şəhidlər üçün sayqı duruşu və dövlət himninin səsləndirilməsi ilə başlanmalı idi. Ərəblər razılaşmayıblar. Üstəlik, üzərində Atatürk portreti olan futbolkalı azarkeşlər stadiona buraxılmayıb. Arenada Türkiyə himni səslənəndə, qəsdən stadiona musiqi ucaldılıb. Matç baş tutmayıb. Baş verənlərin bir adı var - səudi ərəblərdəki türk düşmənçiliyi, Atatürk düşmənçiliyi. İndi nə desələr, yalandır. Səudiyyə Ərəbistanı özünü qüdrətli dövlət sayır, amma səudilərin nə "mal" olduqlarını Yəməndəki husilər göstərdilər. Onlar milyardların sel kimi axıdıldığı səudi ordusunun əslində yaxşı silahlanmış maymaqlar və bacarıqsızlar dəstələri olduğunu nümayiş etdirdilər. İndi də Atatürkə, türkə kin. Halbuki bu kin bəsləyən məxluqlar Atatürkün azman kölgəsində sürünən həşəratlar təsiri bağışlayır. Türkiyə Futbol Federasiyası isə pula aldanaraq matçı orada keçirməməli idi. Səudi ərəbləri hara, futbol hara...".