SON XƏBƏR: Sərgən Yalçının "Antalyaspor" dövrü

"Beşiktaş"ın çalışdırıcısı üçün adı hallanan Sərgən Yalçın "Antalyaspor"la anlaşıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Nuri Şahinin gedişindən sonra məşqçi axtarışlarını davam etdirən "Antalyaspor" Sərgən Yalçınla bağlı qərar verib.

Yalçınla prinsipial razılıq əldə olunsa da, təfərrüatlar üçün yekun görüş sabah İstanbulda, imzalanma mərasimi isə önümüzdəki günlərdə Antalyada keçiriləcək. Sərgən Yalçın mövsümün sonuna kimi təyinat alacağı halda, müqavilədə 1 illik opsiyon da olacaq.