"Qalatasaray"dan İkardi ilə bağlı açıqlama: Zədəsi nə qədər davam edəcək?
"Qalatasaray" İkardinin sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
Sherg.az xəbər verir ki, bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Trendyol Superliqasının 18-ci həftəsində “Fənərbaxça” matçında aldığı zərbədən sonra üz sümüklərində sınıq yaranan futbolçumuz Mauro İkardinin göz xəstəlikləri, qulaq, burun-boğaz və plastik cərrahiyyə sonuclarına görə bir müddət oynamayacağına qərar verilib.
Travmanın 20-ci günündən sonra ediləcək qiymətləndirmədən sonra futbolçumuz lazım gələrsə maskanın köməyi ilə oynaya biləcək”.
Mauro İkardi "Konyaspor" və "Sivasspor" matçlarında meydana çıxa bilməyəcək.