Mario Balotelli klubu ilə vidalaşmağa hazırlaşır


Mario Balotellinin Serkan Baltanın rəhbərliyi altında "Adana Dəmirspor"la yollarını ayıracağı iddia edilirdi. Sherg.az xəbər verir ki, Yunes Belhanda və Kevin Rodrigeslə vidalaşan "Adana Demrispor"da növbəti adın Mario Balotelli olacağı qeyd edilib.

Ajanssporun xəbərinə görə; Mario Balotelli ilə "Adana Dəmirspor" arasında ayrılma qərarı verilib. İtaliyalı hücumçu ilə qısa müddət ərzində vidalaşacağı bildirilib.

33 yaşlı mərkəz hücumçusu mövsümün əvvəlində imzaladığı “Adana Dəmirspor”da 5 matçda meydana çıxıb. Mario Balotelli bu matçlarda 3 qol vurub. 33 yaşlı mərkəz hücumçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.