Aktrisa Devrim Özkanla "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra ayrılıb. Özkan və Torreira bir-birlərinin sosial media hesablarını izləməyi dayandırıb və birlikdə çəkdirdikləri şəkilləri siliblər.
Sherg.az xəbər verir ki, Devrim Özkanla "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyranın ötən il sevgili olması ilə bağlı söz-söhbətlər ortaya çıxıb. Özkan və Torreira uzun müddət söz-söhbətlərə qarşı sussalar da, yayda ABŞ-da tətildə görüntüləniblər.
Devrim Özkan, "Torreira ilə Mayamidə göründünüz. Mövzu ilə bağlı nə demək istərdiniz?" sualına “Hər şey göründüyü kimidir” cavabını verib.
Bu tarixdən sonra birlikdə çəkdirdikləri şəkillərlə sevgilərini tez-tez ortaya qoyan Devrim Özkan və Lucas Torreira bir-birlərini nə qədər sevdiklərini söylədikləri cümlələrlə dilə gətiriblər.