Messi və Ronaldo yenidən üz-üzə gəlir

Dünya futbolunun ən böyük rəqiblərindən birini formalaşdıran argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldonun komandaları sabah üz-üzə gələcək.

Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad Mövsüm Kubokunda Messi ilə "İnter Mayami" və Ronaldo ilə "Əl-Nəsr" meydana çıxacaq.

Paytaxt Ər-Riyaddakı Kingdom meydanında saat 22.00-da oynanılacaq qarşılaşma "beIN Sports 4" kanalında yayımlanacaq.

Baldırında yüngül zədə olan Ronaldonun vəziyyəti matç saatında müəyyənləşəcək.

İki ulduz arasında əvvəllər keçirilmiş 36 matçdan 16 dəfə Messi, 11-də Ronaldo qalib gəlib, 9 oyunda isə heç-heçə qeydə alınıb.

Bu matçlarda Messi 22 dəfə, Ronaldo isə 21 dəfə toru silkələyib.

Ər-Riyad Mövsüm Kubokunun ilk oyununda “Əl-Hilal” “İnter Mayami”ni 4-3 hesabı ilə məğlub edib.

"Əl-Hilal" və "Əl-Nassr" turnirin son oyununda cümə axşamı, fevralın 8-də qarşılaşacaq.