Bir vaxtlar “Mançester Yunayted”in yarımmüdafiəsinin əvəzolunmaz oyunçusu olan Maruan Fellaini 36 yaşında futboldan ayrıldığını açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında "Everton" və "Mançester Yunayted"də çıxış edən Fellaini karyerasını başa vurub.
Bu yaxınlarda Çinin "Şandond Taishan" komandası ilə 4 illik müqaviləsini başa vuran Fellaini İnstaqram hesabındakı paylaşımında 18 illik futbolçu karyerasını bitirdiyini bildirib.
Belçika millisində 87 oyun keçirən yarımmüdafiəçi 2013-cü ildə "Mançester Yunayted"ə keçənə qədər "Everton"da 6 il keçirib.