"Qalatasaray"dan Muslera qərarı...


Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda müqaviləsi bitəcək Fernando Musleraya yeni 1 illik müqavilə təklif etməyə hazırlaşır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 13 mövsümdür "Qalatasaray"ın qapıçısı olan Fernando Musleranın müqaviləsi mövsümün sonunda başa çatacaq.

"Sabah"ın xəbərinə görə, sarı-qırmızılıların uruqvaylı qolkiperə 1 illik yeni müqavilə təklif edəcəyi iddia edilib.

Aralıq transfer müddəti bitdikdən sonra 37 yaşlı qolkiperlə danışıqlara başlanacağı və onun gələn mövsümü dünyaca məşhur ulduzların da iştirak edəcəyi yubiley matçında yola salınacağı iddia edilib.

Muslera bu mövsüm liqada 23 həftənin 11-də qapısını qolsuz  saxlamağı bacarıb. "Qalatasaray" 14 qolla liqada ən az qol buraxan komandadır.