"Fənərbaxça"dan 20 milyon avroya "Real Madrid"ə transfer olunan Arda Gülər zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb.
Sherg.az xəbər verir ki, Kral Kubokunun son 32 turunda oynanılan "Arandina" matçında ilk dəfə meydana çıxan Arda Gülər Superkubok yarımfinalında "Atletiko Madrid" matçının ikinci əlavə vaxtında oyuna daxil olub.
Son liqada “Las Palmas”la matçda 81-ci dəqiqədə oyuna daxil olan Arda Gülər “Xetafe” və “Atletiko Madrid” matçlarında vaxt tapa bilməyib.
Gənc ulduz istədiyi oyuna çıxmaqda çətinlik çəksə də, "Real Madrid" məşqində əlindən gələni edir.
Gənc istedad meydanda nələrə qadir olduğunu bir daha göstərir. Komanda yoldaşları da Ardanın heyrandır.
"Real Madrid"in məşqi zamanı Arda Gülər topu Jude Bellinqhemin yanından keçərək Andriy Luninin qoruduğu qapıya gözəl zərbə endirib.
Bu mövqedən sonra Karlo Ançelotti məşqi dayandıraraq müdafiəçilərə xəbərdarlıq edib: “Axırıncı dəfə belə qol buraxırıq, müdafiəçilərə səslənirəm... Bu ola bilməz, Jude, ona daha yaxın ol, belə səhv etmə".