"Neftçi"nin legioneri sıraya döndü

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Sumqayıt”la keçiriləcək oyundan əvvəl "Neftçi"də zədəlilərin durumuna aydınlıq gəlib. 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədəli olan Kilan Lebon artıq tam olaraq komanda ilə məşqlərə qoşulub. 
Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Onun nə vaxt məşqləri bərpa edəcəyi b həftə sonra baş tutacaq müainədən sonra müəyyənləşəcək. 
"Ağ-qaralar"ın digər qolkiperi Emil Balayevlə Asiya Kubokunda zədələnən Ataa Caberin müalicə və reabilitasiyası isə davam edir.
Qeyd edək ki, "Neftçi" fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"ı qəbul edəcək. İlk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.