Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Respublikamızda idmanın yüksək sürətli inkişafı ölkəmizdə bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
Məhz bu qayğı sayəsində təmsilçilərimiz yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyurlar.
Bu günlərdə Misirin Şarm-əş-Şeyx şəhərində poverliftinq idman növü üzrə Dünya kuboku yarışları keçirilib.
Sherg.az xəbər verir ki, 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Faiq Məmmədov ən yüksən nəticə göstərərək turnirin qalibi olub. O, 160 kq çəkinin öhdəsindən gələrək 1-ci yerə layiq görülüb.