“Qarabağ”la çox çətin oyunumuz olacaq”.
“Report” xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışarkən deyib.
52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib: “Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.