Melissa Varqasdan sürpriz! Zehra Günəş təəccübünü gizlədə bilməyib

Yay mövsümündə "Filenin Sultanların" ilə 3 turnirdə mübarizə aparan və 3 çempionluq qazanan Melissa Varqas mövsümün əvvəlində Tianjinə transfer olunub. Sherg.az xəbər verir ki, zədəsi səbəbindən Çin klubunda oynaya bilməyən milli oyunçu komandası çempionluğa yüksəldikdən sonra "Fənərbağça"ya qayıdıb. Hələ matçlarda meydana çıxa bilməyən Varqas azarkeşlərə sürpriz edib.

"Alanyaspor" matçı üçün stadiona gedən azarkeşlər sürprizlə qarşılaşıb. “Fənərbaxça Opet”in yeni transferi Varqas evinin eyvanından himni oxuyaraq azarkeşlərə dəstək olub. Birdən nə baş verdiyini anlamayan fanatlar başlarını qaldıraraq Melisa ilə qarşılaşıblar.

Azarkeşlər çox həyəcanlanıb və Varqası alqışlamağa başlayıb. Milli voleybolçu qışqırıqlara cavab verib. Klubun rəsmi hesabında edilən paylaşımda "Azarkeşlərimizi görəndə Melissa durarmı?..." qeyd edilib.

Zehra Günəş də sürprizə təəccübünü gizlətməyib; O, “Oğlum, bu nədir?” deyə cavab verib.