UEFA Çempionlar Liqasının son 16-cı turu çərçivəsində "Real Madrid" səfərdə "RB Leypsiq"i 1:0 hesabı ilə məğlub edib. Ulduz futbolçu Arda Gülərə kritik matçda meydana çıxmaq şansı verilməyib və matçı ehtiyat oyunçular skamyasında bitirib.
Sherg.az xəbər verir ki, Ardanın matçı ehtiyat oyunçular skamyasında bitirməsi sosial medianı silkələyib. Türkiyəli və ispan azarkeşlərin Arda Gülərə reaksiyası gündəmə gəlib.
Digər tərəfdən, İspaniya mətbuatı Ardanı daha çox qol vurmaq üçün icarəyə götürülə biləcəyini yazıb.
Sosial mediada Arda Gülərin karyerası üçün səhv komanda seçdiyi yazılsa da, Karlo Ançelottinin “inadkar” olduğu da qeyd olunub.
Digər tərəfdən İspaniyanın "Sport" qəzetində dərc olunan xəbərə görə; Arda Gülər Ançelottinin komanda dinamikliyinə uyğun gəlmir. Ardanı "Bayer Leverkuzen" və "Tottenhem" da daxil olmaqla bir çox komanda izləyir və ayrılacağı təqdirdə "icarəyə" alınacağı bildirilir.
18 yaşlı istedadlı futbolçunun uzunmüddətli olacağını nəzərə alan İspaniya klubu rəsmiləri Ardanı oyun zəmanəti verən komandaya göndərmək istəyir.
“Milan”ın milli futbolçuya göz dikən komandalardan biri olduğu iddia edilir. “Real”ın Brahim Diazdan nümunə götürərək İtaliya komandasının təklifinə müsbət baxacağı bildirilir. Diaz "Milan"da 3 il icarə əsasında oynadıqdan sonra bu mövsüm "Real Madrid"in heyətində özünə yer tapıb.