"Bayer" "Qarabağ"dan görün nə xahiş etdi: "Bunu bir daha..." - FOTO

"Qarabağ"ı Avropa Liqasının 1/8 final mərhələsində çətinliklə mübarizədən kənarlaşdıran (2:3, 2:2) "Bayer Leverkuzen" təmsilçimizlə bağlı paylaşım edib.
Sherg.az xəbər verir ki, Almaniya klubu "X" sosial şəbəkəsində Ağdam təmsilçisinin oyunla bağlı paylaşımını repost edərək Azərbaycan çempionunun ünvanına xoş sözlər yazıb:
"Komandanıza böyük hörmət edirik! Bizə 4 gözəl oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!"