"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.
Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.
"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub. Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.
Dünənki oyunla bağlı fikirlərini "Sherg.az"-la bölüşən Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib ki, "Qarabağ" Avropa klublarının kabusuna çevrilib:
"Bunu özləri də etiraf edirlər. "Qarabağ" həm də bizi xaricdə birləşdirən simgəyə çevrilib. Klub soydaşlarımızı siyasi, ideoloji düşüncəsindən aslı olmayaraq birləşdirir. Dünən 1000-dən çox azarkeş var idi. Bu çox şeyi ifadə edir. Gələcəkdə Avropada "Qarabağ"ın fan klublarının yaradılmasını düşünmək olar. Oyun qabağı koordinasiya işlərini gücləndirə bilər. Məncə, bu "Qarabağ" üçün böyük mənəvi-psixoloji dəstək olar. Bu klubu gücləndirmək lazımdır. Bunun üçün mütləq yaxşı hücumçular alınmalıdır. Həm də pul var. Mənə elə gəlir ki, legionerlər klubda oynamaqda maraqlı olarlar. Uğurlar olsun, doğma komandamıza! ”.