Dünyaca məşhur futbolçu Dani Alveş müvəqqəti azadlığa buraxıla bilər.
Axar.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Nəşr bildirib ki, Alveşin müvəqqəti azadlığa buraxılması haqda müraciəti ilə bağlı dinləmələr keçiriləcək. Bu petisiya qəbul olunarsa, braziliyalı futbolçu hökm qanuni qüvvəyə minənə qədər azadlıqda qalacaq.
Qeyd edək ki, Alveş cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. "Barselona" klubu isə Alveşi "əfsanələr" siyahısından çıxarıb.