Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB

Hücumçu Lionel Messi zədə səbəbindən Argentina milli futbol komandasının qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Bildirilir ki, futbolçu əvvəllər ABŞ-nin “İnter Mayami” komandasının tərkibində aldığı əzələ zədəsindən müalicəsini davam etdirir.

Qeyd edək ki, Argentina millisi ABŞ-də iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika seçmə komandası ilə qarşılaşacaqlar.

Mənbə: TASS