Trendyol Super Liqasının 30-cu həftəsində "Kasımpaşa doğma meydanda "Qalatasaray"ı qəbul edib. Həyəcan fırtınası ilə keçən qarşılaşma qol duelinə şahidlik edib.
Sherg.az xəbər verir ki, son həftələr göstərdiyi performansla gözləntiləri tam ödəyə bilməyən Mauro İkardi böyük bədbəxtlik yaşayıb. Argentinalı hücumçu matçın 34-cü dəqiqəsində güncdən göndərilən zərbəni öz qapısına qol vurub. Bununla, təcrübəli hücumçu 2007-08 mövsümündən bəri "sarı-qırmızılı" formada Super Liqa matçında avtoqol vuran ilk mərkəz hücumçusu olub.
81-ci dəqiqədə İkardi qazanılan penaltidən yararlana bilməyib. 84-cü dəqiqədə növbəti dəfə səhnəyə çıxan İkardi bu dəfə başı ilə topu tora göndərib.