Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi ilə bağlı qərarını verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Portuqaliyalı baş məşqçi Fernandu Santuşun klubdan gedəcəyi müzakirə olunsa da, rəhbərlik mövsümün sonuna qədər gözləmək qərarına gəlib.

Əgər F.Santuş Türkiyə Kubokunu qazanarsa və liqanı 3-cü pillədə başa vurarsa, yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.

Qeyd edək ki, ötən gün “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanması xəbəri yayılmışdı.