AVRO-2024: Pley-off yarımfinalla başlayır

Bu gün AVRO-2024-ün pley-off mərhələsinə start veriləcək.

“Sherg.az” İdman.biz-ə istinadən xəbər verir ki, Millətlər Liqasından pley-offa vəsiqə qazanan 12 komanda yarımfinal matçlarına çıxacaq.

A, B və C yolu üzrə keçiriləcək bu görüşlərin qalibləri martın 26-da həlledici duelə çıxacaqlar. Həmin qarşılaşmalarda final mərhələsinə yüksələcək 3 komanda bəlli olacaq.