"Qalatasaray"ın heyəti növbəti mövsüm üçün transfer işlərinə başlayıb. Məlum olub ki, "sarı-qırmızılılar" bu istiqamətdə sürpriz hərəkət edib. Superliqa nəhənginin 26 yaşlı kolumbiyalı futbolçu üçün təklif etdiyi iddia edilir.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okan Burukun rəhbərliyi altında "Qalatasaray" inzibatçıları növbəti mövsüm üçün transfer çalışmalarını sürətləndirib. Braziliya mətbuatında yer alan xəbərə görə, "Qalatasaray" "Fluminense"də çıxış edən Con Ariasla maraqlanır.
Con Ariasın meneceri Aleks Viverosun açıqlamasında "Qalatasaray"ın təklifini dilə gətirdiyi öyrənilib. Aleks Viverosun açıqlamasında "Jhon Arias yanvar ayında "Zenit"in təklifini rədd etdi. Hazırda "Qalatasaray" və "Sevilya"dan təkliflər var. Fransa və İtaliya komandalarından da maraq var" deyə vurğulanıb.
Con Arias bu mövsüm "Fluminense"nin heyətində 12 yarışda oynamaq şansı qazanıb. 26 yaşlı sağ cinah yarımmüdafiəçisi bu görüşlərdə 6 qol vurmağı bacarıb. Con Arias komanda yoldaşlarına 1 məhsuldar ötürmə edib.