Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam, sonra kluba qayıdacam.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.
Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı qolkiper öz ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb: "Klubuma qayıtdıqdan sonra orada qarşımıza qoyulan vəzifələri həll etməliyik. Sonra necə olacağına baxarıq".
Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib: "Rusiya futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm. Amma "Zenit" çempiondur. Bu, dəqiqdir".
Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında "Qarabağ"a keçib.